Azərbaycan diplomatik xidmət orqanlarının bir qrup əməkdaşı təltif olunub

Azərbaycan diplomatik xidmət orqanlarının bir qrup əməkdaşı təltif olunub

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə təltif olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev iyulun 8-də bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Abdullayeva Leyla Yaşar qızına, Həbibzadə Elcan İbrahim oğluna və Rəfiyev Yalçın İlqar oğluna “İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətlərinə görə 14 nəfər “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

2021-07-08