Azərbaycan Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında təmsil olunacaq

Azərbaycan Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında təmsil olunacaq

Milli Məclisin deputatı Könül Nurullayeva iyulun 12-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, deputat Monteneqro Respublikasının Parlamentində keçiriləcək Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edəcək.

Tədbirdə Könül Nurullayeva tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının zəruriliyi barədə danışacaq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən, ölkəmizin regionda sabitliyin qorunması istiqamətində atdığı addımlardan bəhs edəcək.

Səfər iyulun 18-də başa çatacaq.

2021-07-10