Xarici diplomatlar Şuşada Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olublar

Xarici diplomatlar Şuşada Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olublar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşada Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olublar.

AZƏRTAC xəbər verir ki, diplomatlara məscidlər barədə ətraflı məlumat verilib, Şuşanın işğalı dövründə dini abidələrin erməni vandallığına məruz qaldığı bildirilib.

Qeyd olunub ki, ermənilər məscidlərə, məscidlərin minarələrinə ciddi ziyan vurublar.

Bəzi müsəlman ölkələrindən, o cümlədən Türkiyə, Pakistan, Qətər və Liviyadan olan diplomatlar Yuxarı Gövhərağa məscidində namaz qılıb, dua ediblər.

2021-07-09