“Jara” komediya filmi nümayiş olunub

“Jara” komediya filmi nümayiş olunub

“CinemaPlus Amburan Mall” premium kinoteatrında “Jara” komediya filminin premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin baş prodüseri Emin Ağalarov kinoya izləyərək yaxşı vaxt keçirməyi arzulayıb və Bakı yayının bənzərsiz ab-havasına və “Jara” festivalının səhnəarxası həyatına dalmağa dəvət edib.

Emin Ağalarov film barədə öz təəssüratlarını bölüşərək deyib: “Ekran əsərinin ideyası çoxdan var idi. İstənilən musiqi festivalı miqyaslı bir hadisədir. Belə festivallara yüzlərlə artist gəlir və onların səhnəarxası həyat hər zaman qaynayır. Bu haqda biz təkcə aktyorların deyil, həm də real ulduzların iştirakı ilə bədii romantik film çəkmək qərarına gəldik”.

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Buna görə layihəyə cəlb olunan məşhurların sayına görə film rekorda iddia edə bilər.

Çəkilişlərdə Emin Ağalarov, Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir. Qeyd edək ki, Pojarskaya “Otel Eleon” seriyalında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol alıb. Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

Qeyd edək ki, film sentyabrın 5-dən etibarən nümayiş olunmağa başlayacaq.

2019-07-29