Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
![Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub](/uploads/news/60ee8a4e8f343.jpg)
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
2021-07-14