Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlər, yüksəksəviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda səmimi söhbət aparılıb.

2021-07-16