Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb

Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki dost ölkə arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin, eləcə də Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və başqa maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

2021-08-03