Azərbaycanda koronavirus infeksiyasına 1220 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 1220 yeni yoluxma faktı qeydə alınıb

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1220 yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 351 min 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 335 min 25 nəfər müalicə olunaraq sağalıb, 5063 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 737 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 578 bu günə qədər isə ümumilikdə 4 milyon 116 min 768 test icra olunub.

2021-08-08