Bu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurduranların sayı açıqlanıb

Bu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurduranların sayı açıqlanıb

Avqustun 9-da Azərbaycanda 511 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 418 min 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 257 min 999 nəfər təşkil edir.

2021-08-09