Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinin ikinci mərhələsinin qalibi olublar

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinin ikinci mərhələsinin qalibi olublar

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları ikinci mərhələni uğurla başa vurublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin növbəti mərhələsində hərbi aşpazlarımız sərbəst resept üzrə yeməklərin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər. Hakimlərin qərarına əsasən Azərbaycan 281 balla birinci, Qazaxıstan 269 balla ikinci və Monqolustan 244 balla üçüncü yerdə qərarlaşıb.

“Səhra mətbəxi” müsabiqəsinin növbəti mərhələsində hərbi aşpazlar un məmulatlarının hazırlanması və əvvəlcədən təyin edilən menyuya uyğun təamların bişirilməsi üzrə yarışacaqlar.

2019-08-08