“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

2021-09-01