Azərbaycanın və Türkiyənin sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir
![Azərbaycanın və Türkiyənin sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir](/uploads/news/61371ed73bda6.jpg)
Azərbaycanın və Türkiyənin sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin növbəti mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.
Katerlərin də iştirakı ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
2021-09-07