Həştərxan şəhərində “Xəzər mediaforumu” açılıb

Həştərxan şəhərində “Xəzər mediaforumu” açılıb

Rusiyanın Həştərxan şəhərində “Xəzər mediaforumu” açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı tədbirdə böyük nümayəndə heyəti təmsil edir.

Forumun birinci günü “Travel jurnalistika rəqəmsal dövrdə”, “Check-in mədəni mediaməkanda” və “Yeni informasiya kommunikasiyaları sistemində maarifçilik medialayihələri” mövzularında diskussiya panelləri keçiriləcək. Forumun plenar iclası “Mediada turizm və etnomədəni kommunikasiyalar” mövzusuna həsr ediləcək. Günün sonunda iştirakçılar rəqəmsal ekosistemin inkişafını müzakirə edəcəklər.

Forum çərçivəsində “Ən yaxşı jurnalist işi” müsabiqəsinə yekun vurulacaq.

“Xəzər mediaforumu” altıncı dəfə təşkil olunur. Ənənəvi olaraq Xəzəryanı dövlətlərin media nümayəndələri təcrübə mübadiləsi aparır, hövzə ölkələrinin vahid mediaməkanının yaradılması və digər aktual məsələləri müzakirə edirlər.

2021-09-10