XİN rəsmisi: 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik
![XİN rəsmisi: 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik](/uploads/news/614427adec9ea.jpg)
Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün tvitter səhifəsində yazıb.
Nazir müavini bildirib: “Yaxın günlərdə biz Ermənistanı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir”.
2021-09-17