Bakıda keçiriləcək dünya çempionatının səfiri azarkeşlərlə görüşüb

Bakıda keçiriləcək dünya çempionatının səfiri azarkeşlərlə görüşüb

Bədii gimnastika üzrə dünya çempionatının səfiri Yana Batırşina yarışın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqram çərçivəsində bir sıra tədbirlər və görüşlərdə iştirak edir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bu dəfə səfirin imza günü keçirilib. Əvvəlcə tanınmış şoumen Murad Dadaşov Y.Batırşinanı tamaşaçılara təqdim edib.

Sonra başlayan gimnastika şousunda azyaşlı atletlər məharətlərini nümayiş etdiriblər.

İştirakçıların marağına səbəb olan görüşün sonunda Y.Batırşina xüsusi kartları imzalayaraq tamaşaçılara hədiyyə edib, onlarla xatirə şəkilləri çəkdirib.

2019-09-13