Yağmur Əhməd Güldərə: Türkiyə və Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir

Yağmur Əhməd Güldərə: Türkiyə və Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir

Türkiyə və Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir və buna bərabər olaraq çalışır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə söyləyib.

Səfirin sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlverişli imkan yaranıb.

“Azərbaycanın ərazi bütövlüyü uğrunda çox böyük qəhrəmanlıq göstərildi. Azərbaycan münaqişənin danışıqlar masası arxasında həllinin tərəfdarı idi və uzun illər boyu bu istiqamətdə siyasət yürüdürdü. Çox təəssüf ki, problemi sülh yolu ilə həll etmək mümkün olmadı. Zaman yetişdi, haqq öz yolunu tapdı, Azərbaycan müharibə yolu ilə işğalda olan ərazilərini azad etdi. Allah bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Bundan sonra Qafqazın daha barışdırıcı olmasını istəyirik”, - deyə Yagmur Əhməd Güldərə söyləyib.

2021-10-01