Azərbaycanın müdafiə naziri Gürcüstana yola düşüb

Azərbaycanın müdafiə naziri Gürcüstana yola düşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənov qonşu ölkənin Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

2021-10-04