Prezident İlham Əliyevin EFE informasiya agentliyinə müsahibəsi Türkiyənin mediası tərəfindən geniş işıqlandırılıb

Prezident İlham Əliyevin EFE informasiya agentliyinə müsahibəsi Türkiyənin mediası tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, İHA informasiya agentliyi, “Sabah”, “Təqvim” və “Sözçü” qəzetləri Azərbaycan dövlət başçısının müsahibədə səsləndirdiyi mühüm məqamları türkdilli ictimaiyyətə müxtəlif sərlövhəli xəbərlər şəklində təqdim edib.

“İlham Əliyev: Paşinyan hazır olduğu vaxt onunla görüşməyə hazıram”, “Türkiyə və Rusiyanın bölgənin sabitliyi üçün mühüm təsirləri oldu”, “Bu il işğaldan azad olunan bölgələrin yenidən qurulması üçün 1.3 milyard dollar ayırdıq” və s. sərlövhələrlə təqdim olunan materiallarda 44 günlük Vətən müharibəsinin nəticələri və rəşadətli Zəfərin qazanılması əsasında bölgədə yaranmış yeni situasiya, Azərbaycanın prinsipləri və dəyişməz mövqeyi müfəssəl şəkildə oxuculara çatdırılır.

İnformasiyalarda diqqətə çatdırılır ki, sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycan mehriban qonşuluq münasibətləri üçün bütün səylərini israrla davam etdirir.

2021-10-04