Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Avropa Parlamentinin “Renew Europe Group”, “Identity and Democracy Group” kimi siyasi qruplarının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə azərbaycanlı səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni yaranmış geosiyasi vəziyyət, kommunikasiya imkanlarına dair məlumat verib.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı şəkildə tanınmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, sülhə alternativ yoxdur və regionda sabitliyinin əsas şərtlərindən biri əməkdaşlığın qurulmasıdır.

2021-10-14