Salonikidə Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Salonikidə Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Yunanıstanın Saloniki şəhərində Vətən müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı nəqliyyat vasitələrində və dayanacaqlarda Bakıdakı Qız qalasını, Şuşa qalasını, Azərbaycanın azad edilmiş ərazilərini, “Xarıbülbül”ü əks etdirən fotomateriallar yerləşdirilib və “Şuşa” sözü yazılıb.

Aksiya yerli sakinlərin diqqətini Azərbaycanın parlaq Qələbəsinə cəlb etmək məqsədilə gerçəkləşdirilib.

2021-11-24