Azərbaycanla Latviya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Latviya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Noyabrın 25-də Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb.

Bu barədə AZƏRTAC-a ölkəmizin Latviyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Latviya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eləcə də iki ölkə arasında müdafiə sahəsində mövcud əlaqələrin əhəmiyyətini vurğulayıb və əməkdaşlığın dərinləşdirilməsi üçün potensialın olduğunu qeyd ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2021-11-25