Polşada keçirilən ekoloji yarmarkada Azərbaycan məhsulları da satışa çıxarılıb

Polşada keçirilən ekoloji yarmarkada Azərbaycan məhsulları da satışa çıxarılıb

Polşanın paytaxtı Varşavadakı “Nowa Stacja” ticarət mərkəzi sentyabrın 25-dən 28-dək dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekoloji təmiz qida məhsullarının satış yarmarkasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, yarmarkada müxtəlif məhsullarla yanaşı, Azərbaycan və Türkiyədən gətirilmiş halva, paxlava, zeytun, çay kimi məhsullar da təqdim olunub. Yarmarkanın birinci günündə ölkəmizin və qardaş Türkiyənin sevilən təamları yerli əhali və turistlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Yarmarkada, həmçinin Polşanın yerli istehsalı olan ət və süd məhsulları da münasib qiymətə satılır.

2019-09-26