Elnur Məmmədov: Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq

Elnur Məmmədov: Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq

Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq. Həmin konvensiyalarda şikayətetmə prosedurları bir-birindən fərqlənəcək. Artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Təbii ki, bəzi mövcud konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. E.Məmmədov vurğulayıb ki, digər məsələ enerji resursları ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərdə Ermənistanın enerji resurslarından qanunsuz istifadə etməsi və istismar faktları toplanır. Bununla bağlı iddianın qaldırılmasına hazırlaşırıq”.

Nazir müavini, həmçinin qeyd edib ki, işğal dövründə ərazilərimizdə qanunsuz fəaliyyət göstərən şirkətlər də olub. Həmin ərazilərdə şirkətlərin apardıqları qanunsuz fəaliyyətlərlə bağlı araşdırmalar aparılır. Şikayətlərimiz həmin şirkətlərin aktivlərinə qarşı olacaq. O şirkətlərin müəyyən edilməsi üçün konkret işlər görülür.

2021-12-08