Azərbaycan Prezidentinin Brüsselə səfəri və keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidentinin Brüsselə səfəri və keçirdiyi görüşlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə səfəri və keçirdiyi görüşlər Gürcüstan kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, 24news.ge, actual.ge, interpress.ge, kavkasia.net informasiya portalları, 1tv.ge televiziyası Azərbaycan Prezidentinin Brüsselə səfərini geniş işıqlandırıb.

Materiallarda Avropada yaşayan azərbaycanlıların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə coşqu ilə qarşıladıqları xüsusi qeyd olunub.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, keçirilən mətbuat konfransları barədə geniş materiallar dərc olunub.

Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunan materiallarda Azərbaycanın haqlı mövqeyi, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Prezident İlham Əliyevin söylədiyi fikirlər əksini tapıb.

2021-12-16