Yaponiya saytı Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərini və burada apardığı danışıqları geniş işıqlandırıb

Yaponiya saytı Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərini və burada apardığı danışıqları geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri çərçivəsində apardığı danışıqlar və səsləndirdiyi bəyanatlar Yaponiyanın “ajmedia.jp” saytı tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, saytda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq ilə keçirdiyi ikitərəfli görüşlər, həmçinin Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri ilə apardığı üçtərəfli müzakirələr, bu danışıqların nəticəsi olaraq təşkil edilən mətbuat konfransları barədə məlumatlar yerləşdirilib.

AZƏRTAC-a istinadla təqdim edilən materiallarda aparılan müzakirələr zamanı ötən ilin payızında baş verən Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, hazırda baş verən proseslərdə Azərbaycanın haqlı mövqeyi öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin müzakirə edilən məsələlərlə bağlı mövqeyinə, söylədiyi fikirlərə geniş yer verilib.

Yaponiya saytı Azərbaycan Prezidentinin səfərin yekunu olaraq İspaniyanın “El Pais” qəzetinin müxbirinə müsahibəsini də geniş işıqlandırıb.

2021-12-17