VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində üç gün ərzində keçirilən müzakirələrə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın iştirakçı qatılıb.
Qeyd edək ki, VIII Qlobal Bakı Forumu 30-dan çox cari və sabiq ölkə, hökumət rəhbərlərinin, o cümlədən hibrid formada Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, BMT-nin Cenevrə Ofisi, BMT-nın Sivilizasiyalar Alyansı, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiyasının başlanmasından sonra keçirilən qlobal liderlərin əsas tədbirlərdən biri sayılır.
Digər xəbərlər