Koreya Respublikasında təşkil edilən xeyriyyə bazarında Azərbaycan stendi də qurulub

Koreya Respublikasında təşkil edilən xeyriyyə bazarında Azərbaycan stendi də qurulub

“BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyası Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi ilə birgə Qırmızı Xaç Cəmiyyətinin Koreya ofisi tərəfindən təşkil olunan xeyriyyə bazarında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, xeyriyyə bazarına gələn qonaqlara Azərbaycan mədəniyyətini, təbiətini, ölkəmizin inkişafını, tarixi və müasir memarlıq abidələrini əks etdirən fotoşəkillər, kitab və jurnallar, suvenirlər nümayiş etdirilib. Azərbaycan pavilyonunu ziyarət edənlər həm də milli şirniyyatlarla tanış olmaq imkanı əldə ediblər. Qonaqlar Azərbaycan stendinə xüsusi maraq göstərib. Tədbirdən əldə olunan gəlir Qırmızı Xaç Cəmiyyətinin xeyriyyə fonduna bağışlanıb.

2019-10-03