Hulusi Kılıç: Azərbaycan və Türkiyə dünyadan “Xocalıya ədalət!” tələbini davam etdirməlidir

Hulusi Kılıç: Azərbaycan və Türkiyə dünyadan “Xocalıya ədalət!” tələbini davam etdirməlidir

Xocalı Soyqırımı müasir dünyanın gözü qarşısında törədilən insanlığın üz qarasıdır. Otuz ildə acımız azalmadı. Ötən otuz ildə Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində böyük işlər görülüb. Lakin təəssüf ki, hələ də dünya ictimaiyyəti “Xocalıya ədalət!” deməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bildirib.

Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncamını xatırladan səfir Hulusi Kılıç deyib ki, Azərbaycan Xocalı soyqırımının intiqamını 44 günlük Vətən müharibəsində mərdi-mərdanə döyüş meydanında alıb. Lakin Azərbaycan və Türkiyə bir yerdə bütün dünyadan “Xocalıya ədalət!” tələbini davam etdirməlidir.

2022-02-15