Milli Məclis Azərbaycan ilə İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi ilə bağlı sazişi təsdiqləyib

Milli Məclis Azərbaycan ilə İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi ilə bağlı sazişi təsdiqləyib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq olunması ilə bağlı qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 15-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

İki ölkə arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb.

Qanun layihəsi səsvermədən sonra bir oxunuşda qəbul edilib.

2022-02-15