Teymur Abdullayev: Zəngəzur dəhlizi ilə Türkiyədən Avropaya elektrik enerjisi ixrac ediləcək

Teymur Abdullayev: Zəngəzur dəhlizi ilə Türkiyədən Avropaya elektrik enerjisi ixrac ediləcək

Kəlbəcərdə beş yerdə kiçik su elektrik stansiyasının yenidən qurulması məsələsi gündəmdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Cəbrayılda 330 kilovoltluq yarımstansiyasının tikilməsi də nəzərdə tutulub. Bunun üçün İmişlidən və Ağcabədidən 330 kilovoltluq xətt çəkiləcək və Cəbrayıldan başlayan xətt Zəngəzur dəhlizini keçməklə Naxçıvana gedəcək. Naxçıvanda isə yeni 330 kilovoltluq yarımstansiya tikiləcək və oradan da elektrik enerjimiz Türkiyə üzərindən Avropaya ixrac ediləcək.

2022-02-16