Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də, Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qarşı tərəf Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə susdurulub.

2022-02-21