Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
![Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib](/uploads/news/5d9f27254f620.jpg)
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.
2019-10-10