Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev və Xarkovdakı vətəndaşlarımıza müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev və Xarkovdakı vətəndaşlarımıza müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev və Xarkov şəhərlərində olan vətəndaşlarımıza müraciət edib.

Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə səfirlikdən məlumat verilib.

Müraciətdə deyilir: “Ukraynanın Xarkov və Kiyev şəhərində mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar xüsusi qatarın hazırlanması hazırda mümkün deyil.

Ciddi təhlükə ilə üzləşmiş vətəndaşlarımız Xarkov və Kiyev dəmir yolu vağzallarından yola düşən qatarlarla şəhərlərdən uzaqlaşa bilərlər. Fövqəladə vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızdan komendant saatlarına ciddi riayət etmələrini və mümkün qədər diqqətli olmalarını xahiş edirik”.

2022-03-03