Cüdoçumuz açıq Avropa kubokundan bürünc medal qazanıb

Cüdoçumuz açıq Avropa kubokundan bürünc medal qazanıb

Oktyabrın 12-13-də Estoniyanın paytaxtı Tallinndə cüdo üzrə Avropa açıq kuboku yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian mükafatçılar sırasında yer alıb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallinn turnirində 35 ölkədən 292 cüdoçu yarışıb.

2019-10-13