Səfir: Prezident İlham Əliyevin tapşırığına əsasən Ukraynadan təxliyə olunan vətəndaşlarımzın təminatı prioritet vəzifəmizdir

Səfir: Prezident İlham Əliyevin tapşırığına əsasən Ukraynadan təxliyə olunan vətəndaşlarımzın təminatı prioritet vəzifəmizdir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ukraynadan təxliyə olunan vətəndaşlarımzın təminatı prioritet vəzifəmizdir.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynadan təxliyə olunan vətəndaşlarımız və soydaşlarımız ilə görüşündə ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov söyləyib.

Səfir bildirib ki, Azərbaycan vətəndaşlarının və soydaşlarımızın əlverişli təminatı üçün Kişineu şəhər meri ilə görüş keçirib. Mer müvafiq şəraitin yaradılması üçün tapşırıqlar verildiyini deyib.

“Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur. Növbəti görüşün məqsədi vətəndaşlarımızın ehtiyaclarını öyrənməkdir. Hazırda vətəndaşlarımıza və soydaşlarımıza tibbi və digər yardımlar göstərilir, onların Azərbaycana qayıtmaları üçün sənədləri hazırlanır, çatışmayan səyahət sənədləri bərpa olunur və Vətənə yola salınması təmin edilir”, - deyə səfir əlavə edib.

Görüşdə vətəndaşlarımızın ehtiyacları dinlənilib və müvafiq göstərişlər verilib.

2022-03-28