Sahibə Qafarova: Azərbaycan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir

Sahibə Qafarova: Azərbaycan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir

Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün perspektivlər açılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova aprelin 5-də parlamentin plenar iclasında deyib.

“Azərbaycan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir. Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməli və münasibətlərin normallaşmasına çalışmalıdır. Biz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan hələ də cavab gözləyirik”, - deyə Sahibə Qafarova bildirib.

2022-04-05