Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təsdiqlənib

Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təsdiqlənib

Milli Məclis Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qərarının layihəsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qərar layihəsi parlamentin aprelin 12-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsi səsvermədən sonra qəbul edilib.

2022-04-12