Səfir: Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarixi, mədəni birlik üzərinə qurulub
Azərbaycan və Türkiyə üçün əsas prinsip Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarıdır. Bizim müttəfiqliyimiz bu anlayışlar əsasında qurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü" adlı konfransda söyləyib.
Diplomat Azərbaycan ilə Türkiyə arasında əlaqələrin 30 il əvvəl yaradılmadığını, daha əvvəlki tarixlərə söykəndiyini diqqətə çatdırıb. C.Bağcı iki ölkə arasındakı əlaqələrin tarixi, mədəni birlik üzərinə qurulduğunu vurğulayıb.
2022-05-13