Bakıda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı dəyirmi masa keçirilir

Bakıda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı dəyirmi masa keçirilir

Mayın 23-də Bakıda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması münasibətilə dəyirmi masa keçirilir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın və digərləri iştirak edirlər.

2022-05-23