Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
![Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib](/uploads/news/628f5d2373e08.jpg)
Rusiya Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin təbrikində ölkəmizin sosial-iqtisadi inkişafda qazandığı uğurların hamı tərəfindən qəbul edildiyi, Azərbaycanın dünya arenasında haqlı nüfuz qazandığı, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynadığı vurğulanır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinin məmnunluqla qeyd edildiyi məktubda deyilir: “Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”.