Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri başlayıb

Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin azad olunmuş Kəlbəcər rayonuna səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfər zamanı diplomatlar Kəlbəcər rayonunda həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair ilə tanış olacaqlar.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda törətdiyi dağıntılar, vəhşiliklər, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemlər diplomatik korpusun diqqətinə çatdırılacaq.

2022-05-31