Azərbaycan ilə Körfəz Ərəb Dövlətləri Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə Körfəz Ərəb Dövlətləri Şurası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Körfəz Ərəb Dövlətləri Şurasının (KƏDŞ) mənzil-qərargahında təşkilatın baş katibi Nayif Fəlah Mübarək Əl-Nacraf ilə görüşüb. Görüşdə körfəzin ərəb dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tərəflər 2013-cü ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, körfəzin ərəb ölkələrinin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.

Nayif Fəlah Mübarək Əl-Nacraf vurğulayıb ki, KƏDŞ ilə Azərbaycanın əməkdaşlığının daha da genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.

2022-06-06