Örl Litzenberger: Azərbaycanın terrorizmlə mübarizəsi təqdirəlayiqdir
Azərbaycandakı vəzifəm bu yay bitir. Burada səfir olmaq çox xoşdur. Gələcəkdə də ölkələrimiz arasındakı əlaqələr etibarlı əllərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger söyləyib.
O, ABŞ-ın Cənubi Qafqazda suverenliyə dəstək göstərməyə hər zaman hazır olduğunu diqqətə çatdırıb.
“Son 30 ildə biz Azərbaycan ilə qanunun aliliyi, təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində işlər görmüşük. ABŞ növbəti 30 ildə də sülhün təmin edilməsinə dəstək verəcək”, - deyə diplomat vurğulayıb.
Səfir Litzenberger, həmçinin Azərbaycanın terrorizmlə mübarizəsini təqdirəlayiq hesab edib.
2022-06-09