Türkiyədə keçirilən “Efes-2022” hərbi təlimləri davam edir

Türkiyədə keçirilən “Efes-2022” hərbi təlimləri davam edir

Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlərinin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid sonuncu mərhələdəki çıxışlar davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da səhər saatlarından etibarən başlanan təlimlər döyüş təyyarələri və helikopterlərin uçuşları ilə müşahidə olunub.

Hazırda qurudakı hədəflər döyüş gəmiləri, hərbi kater və quru qoşunlarına aid ağır texnikalardan atılan atəşlərlə vurulur.

Türkiyə və qardaş ölkədə akkreditasiya olunan kütləvi informasiya vasitələrinin müşahidəsi ilə həyata keçirilən təlimlər qrafikə uyğun aparılır.

Qeyd edək ki, təlimlər bu gün başa çatacaq.

2022-06-09