Cuanşer Burçuladze: Gürcüstan, Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq əsaslı dərəcədə güclənib

Cuanşer Burçuladze: Gürcüstan, Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq əsaslı dərəcədə güclənib

Gürcüstan özünün müdafiə qüvvələrini gücləndirir və eyni zamanda, beynəlxalq əməkdaşlıq məsələlərini də diqqətdə saxlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə illik hesabatla çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, tərəfdaş ölkələrlə əməkdaşlıq nəticəsində Gürcüstanın Böyük Britaniya, Fransa, Almaniya, Baltikyanı ölkələr, Skandinaviya ölkələri və Qara dəniz regionu ilə əlaqələri daha da genişləndirilib.

Qeyd olunub ki, Gürcüstan həmçinin Azərbaycan və Türkiyə ilə üçtərəfli formatda əməkdaşlıq edir. Tərəflər arasında müdafiə sahəsində də əməkdaşlıq əsaslı dərəcədə güclənib.

C.Burçuladze Türkiyənin Gürcüstanın Müdafiə Qüvvələrinin dəstəklənməsinə yönələn səylərini də qeyd edib.

2022-06-10