Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq, hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.

2022-06-10