Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi rəsmi qəbul təşkil edib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi rəsmi qəbul təşkil edib

İyunun 12-də ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ər-Riyad regionunun meri şahzadə Faysal bin Əbdüləziz bin Ayyaf, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Katibliyinin müavini Əbdülməcid Al-Samari, krallıqda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və hərbi attaşelər iştirak ediblər.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev müsəlman Şərqində ilk parlamentli respublikanın tarixindən, ölkəmizin inkişafından, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir dövlət quruculuğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan bəhs edib. O, Səudiyyə Ərəbistanla Azərbaycan arasında əməkdaşlığın gündən-günə inkişaf etdiyini, bir sıra birgə iqtisadi layihələrin həyata keçirildiyini vurğulayıb.

2022-06-13