Səbinə Əliyeva: Qlobal Bakı Forumunda qaldırılan mövzular olduqca aktualdır

Səbinə Əliyeva: Qlobal Bakı Forumunda qaldırılan mövzular olduqca aktualdır

İştirak etdiyimiz IX Beynəlxalq Bakı Forumu olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, burda qaldırılan mövzular olduqca aktualdır.

Bu sözləri IX Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a verdiyi açıqlamasında deyib.

“Müxtəlif panellər var, burada həm diskussiyalarda iştirak edən şəxslərin təcrübələri, bilikləri dünyada hazırda mövcud olan problemlərin həllində olduqca əhəmiyyətlidir. Bu gün Forumun ikinci günüdür və müzakirəyə çıxarılan problemlər həm Azərbaycan, həm də dünya üçün çox aktualdır. Əlbəttə ki, bu forum dünya problemlərinin həlli istiqamətində müəyyən töhfələrini verəcək”, - deyə S.Əliyeva bildirib.

2022-06-17