AŞPA: Səməd Seyidov Monitorinq Komitəsinin sədri qismində çıxış edib

AŞPA: Səməd Seyidov Monitorinq Komitəsinin sədri qismində çıxış edib

Avropa Şurası Parlament Assambleyasının üçüncü günü “Maltanın Avropa Şurasına üzvlük öhdəliklərini yerinə yetirməsinə” dair məruzənin müzakirələri ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, məruzənin təqdimatı və müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA Monitorinq Komitəsinin sərdi qismində təqdimat heyətində iştirak edib. Müzakirələrdən sonra Səməd Seyidov Monitorinq Komitəsinin sədri qismində çıxış edib. Üzv ölkələrin Avropa Şurasına üzvlük öhdəliklərinin yerinə yetirilməsinə dair prosedurları xatırladıb. Bildirib ki, prosedura görə Monitorinq Komitəsi hər bir üzv ölkədə üzvlük öhdəliyinin yerinə yetirilməsi prosesini izləyir. Həmin ölkədə demokratik və hüququ təsisatların funksiyası ilə bağlı məlumatlar verir. Belə məruzələrdə ölkədə aidiyyəti təsisatların əldə etdiyi nailiyyətlər, eləcə də üzləşdikləri problemlər göstərilir və müvafiq tövsiyələr verilir.

S. Seyidov Monitorinq Komitəsinin sədri qismində “Maltanın Avropa Şurasına üzvlük öhdəliklərini yerinə yetirməsinə” dair məruzəni dəstəkləməyə çağırıb.

Məruzə avropalı parlamentarilər tərəfindən dəstəklənərək qəbul olunub.

2022-06-23