Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 38 qanun və 6 qərar qəbul edilib

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 38 qanun və 6 qərar qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasında ümumilikdə beş plenar iclas keçirilib, 38 qanun və 6 qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyulun 8-də keçirilən plenar iclasda deyib.

O qeyd edib ki, sessiya çərçivəsində qanunvericilik fəaliyyəti ilə yanaşı, beynəlxalq əlaqələr sahəsində də zəruri işlər görülüb.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

2022-07-08